Cinayət dünyası
Lənkəranskinin klanı təşvişdə - "Lotu Quli" Avropa "obşakı"nı ələ keçirir
Hacı Beyləqanskinin həbsindən sonra Moskvada Rövşən Lənkəranskiylə yaxınlığı ilə tanınan azərbaycanlı kriminal avtoritetlər arasında əməlli panika yaranıb. Hamı, hər an istintaqa çağrılacağından narahatdır.
Lent.az-ın məlumatına görə, bu barədə Musavat.com-a Moskvadakı etibarlı mənbədən məlumat daxil olub.
Məlumata görə, mərhum Rövşən Lənkəranskinin Rusiyadakı “valisi”, onun yaxın qohumu Zaur Əhmədov artıq Moskvanı tərk edib.
Mənbənin dediyinə görə, Əhmədovun adı Hacı Beyləqanskiyə qarşı qaldırılmış cinayət işində hallanır. Məhz o, “Lotu Quli”nin Moskvaya atdığı “desantçı”lardan qorunmaq və vaxtıyla Lənkəranskinin nəzarəti altında olan obyekləri əlində saxlamaq üçün Beyləqanskini Moskvaya dəvət etmiş, ona zirehli maşın, çoxsaylı cangüdən və ev ayırmışdı.
Beyləqanski isə mayın 30-da Moskvada həbs edilib. O, silsilə qətllərdə ittiham olunur.
İyunun 18-də isə Dubayda “Lotu Quli”nin iştirakıyla bir sıra krminal avtoritetlərin toplantısı keçiriləcək.
“Sputnik”in yazdığına görə, toplantının əsas mövzusu “Avropadakı obşaka” kimin nəzarət etməsidir. Sırada isə 3 nəfərin adı hallanır: Giya Kutaisski, Merab Suxumski və “Lotu Quli”. Məlumata görə, Kutaisski Qulinin xeyrinə namizədlikdən çəkiləcək.
Amma o da sirr deyil ki, “Quli” Avropa “obşak"ına nəzarəti ələ alsa belə, onun uğrunda başqa klanlarla amansız mübarizəyə başlayacaq.
-
İdman22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi














.jpg)
























