Cinayət dünyası
Gürcüstanda “Lotu Quli”nin adamları saxlanıldı
Gürcüstanın Daxili İşlər Nazirliyi “oğru dünyası”nın 6 üzvünü saxlayıb.
Publika.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda nazirliyin nümayəndəsi Mamuka Çelidze brifinqdə bildirib.
Xüsusi halda, Zestafoni şəhərində “oğru dünyası”nın aktiv iştirakçısı olan üç avtoritet saxlanılıb. Bunlar 34 yaşlı T.K., daha əvvəl ittiham edilmiş 51 yaşlı B.B. və artıq dəfələrlə mühakimə edilən 50 yaşlı A.B.-dır.
Saxlanılan şəxslərdən ikisinin azərbaycanlı, “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovla əlaqəli olduğu müəyyənləşdirilib. 38 yaşlı B.B və 37 yaşlı C.O. adlı şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır.
İstintaq Gürcüstanın Cinayət Məcəlləsinin 223-cü maddəsinin birinci hissəsi üzrə aparılır. Müttəhimləri 7 ildən 10 ilə qədər həbs cəzası gözləyir.
Ömər
-
İdman22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi














.jpg)
























