Cinayət dünyası
7 aylıq hamilə arvadını döyə-döyə öldürdü - DƏHŞƏT
Türkiyənin Qaziantep bölgəsində 7 aylıq hamilə qadın dini nikahda yaşadığı əri tərəfindən döyülərək öldürülüb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddiaya görə, Aysel Kurtla dini nikahda yaşadığı İ.Ç arasında dünən axşam saatlarında səbəbi bilinməyən bir münaqişə yaşanıb.
İ.Ç-nin mübahisə zamanı A.Kurtu döyməsini öyrənən yaxınları hadisəyə müdaxilə edib. Cütlüyü sakitləşdirdikdən sonra evdən çıxıblar. Səhər təkrar evə gələn yaxınları A.Kurtu yerdə huşsuz halda tapıblar.
Qadın təcili xüsusi maşınla xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının 7 aylıq hamilə olduğu və uşağın da öldüyü bildirilib.
İ.Ç polis tərəfindən saxlanılıb. A.Kurtun ölüm səbəbi isə ekspertizanın nəticəsindən sonra bəlli olacaq. Ailənin bir övladının olduğu bildirilir.
Qızın atası Vakkas Kurt açıqlamasında qızının heç bir xəstəliyinin olmadığını deyib: “Dünən axşam evində olduq, dalaşmamaları üçün xəbərdarlıq etdik. Qızıma bizdən sonra nə etdilər bilmirik, səhər ürəyi dayanıb xəbəri ilə oyandıq”.
Gülxar
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar












.jpg)






.jpg)




















