Cinayət dünyası
Almaniyadan əl-ayaqları qandallı şəkildə ölkəmizə deportasiya edilən azərbaycanlı kimdir? - ŞOK FAKT - VİDEO
Almaniyadan deportasiya edilən azərbaycanlılar içərisində kriminal avtoritet də olub.
Publika.az-ın Lent.az-a istinadən verdiyi məlumatına görə, bu günlərdə Almaniyadan Azərbaycana göndərilən və əl-ayaqları qandallı şəkildə görüntüsü yayılan Bayramzadə Sinan Ədalət oğlunun kriminal qruplaşma üzvü olduğu məlum olub. O, kriminal aləmdə “Dağlı Sinan” ayaması ilə tanınır və müəyyən dairələrdə nüfuza sahib olduğu bildirilir.
Miqrasiya Xidmətinin rəsmi açıqlmasında bildirib ki, deportasiya olunan azərbaycanlılardan yalnız Sinan Bayramzadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, digərləri isə sənədləşmə işləri aparılandan sonra sərbəst buraxılıb.
Xatırladaq ki, bir müddət əvvəl kriminal aləmə bağlı mənbələrdə Sinan Bayramzadənin doğum günü münasibətilə kriminal dünyanın nüfuzlu şəxsləri üçün Almaniyada ziyafət təşkil etməsi barədə məlumatlar və görüntülər yayılıb. Həmin məclisdə Ukrayna və Yunanıstandan kriminal dünyanın nüfuzlu şəxsləri iştirak edib. Məşhur oğrular məclisə iştirak etməsələr də, telefonla S.Bayramzadəni təbrik ediblər.
Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilmiş 32 şəxs çarter reysi ilə iyulun 18-də Bakıya göndərilib.
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı




































.jpg)

