Cinayət dünyası
İş vədi ilə sənədləri alır, sonra yaxtalarda... - 14-17 yaşlarında 250 qıza qarşı DƏHŞƏTLİ ƏMƏLLƏR - - FOTO
Kolumbiya polisi yeniyetmə qızları seksual köləlikdə saxlayan və onları fahişəliyə məcbur edən 18 nəfəri saxlayıb.
Publika.az xəbər verir ki, bu haqda “The Sun” nəşri bildirib.
Saxlananların arasında gözəl Kampos Puella da var. O, sadəlövh qızların “işə” cəlb edilməsinə cavabdeh idi.
Nəşr qeyd edir ki, Kampos Puella Venesuela və Kolumbiyanın kasıb bölgələrindən onlarla qızı cəlb edib. O, yeniyetmə qızlara Kartaxena kurortunda modellərlə iş söz verir, amma bunun əvəzində sənədlərini əllərindən alaraq onları seksual köləliyə məcbur edirdi.
Müştərilər isə olduqca zəngin insanlar arasından seçilirdi. Kampos Puella yaxtalar və mehmanxanalarda əyləncə gecələri üçün yeniyetmələri müstəqil seçir və onları müştərilərə verirdi. Bu, ona təmtəraqlı həyat sürməyə imkan verirdi. Sutenyorların əlində yaşları 14-dən 17-yə qədər olan təxminən 250 qız var idi.
Cinayətkar qrupu polis tərəfindən yaxalandıqdan sonra məlum olub ki, Kampos Puellanın üzərində heroinin qanunsuz dövriyyəsi üçün məhkumluq var. Bundan başqa, onun Birləşmiş Ştatlara girişi qadağan edilib.
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı




































.jpg)

