Cinayət dünyası
Məşhur aparıcının qətlini kim sifariş edib? - 23 illik sirr
Tanınmış rus jurnalist Vladislav Listyevin qətlinin sifarişçisi oliqarx Boris Berezovski ola bilər.
Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Keçmiş SSRİ məkanında ən populyar televiziya proqramlarından olan “Vzqlyad” verilişinin müxbiri, jurnalist Dmitri Zaxarov “Görüşdük – danışdıq” verilişindəki çıxışında həmkarının ölümünə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ölümünə az qalmış Listyevə zəng edib hədə-qorxu gəlmişdilər. Zaxarov deyir ki, narazılar arasında televiziyadakı reklamdan gəlir götürmək istəyənlər vardı.
“Təbii ki, o bunu ləğv edə bilməzdi”, - deyən jurnalist əlavə edib ki, telekanalın illik büdcəsi az qala 250 milyon dollara çatırdı.
“İşlərin belə gedişindən itirən hamımıza çox yaxşı tanış olan bir adam vardı ki, onun ölüsünü sonralar Londondakı evində tapdılar”, - jurnalist bununla oliqarx Berezovskiyə eyham vurub.
Xatırladaq ki, Vladislav Listyev 1995-ci ilin mart ayının 1-də qətlə yetirilib. Bu qətl hadisəsi hələ də açılmamış qalır.
-
Nida Xəbər 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar















.jpg)























