Cinayət dünyası
Qan donduran olay: 5 evdəki soyuduculardan 34 cəsəd tapıldı
Meksikanın Verakruz əyalətində təhlükəsizlik qüvvələri soyuducularda gizlədilmiş 34 nəfərin cəsədini aşkarlayıb.
Publika.az xəbər verir ki, Meksikanın Verakruz əyalətində keçirilən əməliyyatda 5 evdə soyuducuda gizlədilmiş 34 nəfərin cəsədi tapılıb. Rəsmilər cəsədlərin parçalanaraq torbalara qoyulduğunu, hadisə ilə bağlı 6 nəfərin həbs edildiyini bildirib.
Məlumata görə, polisə atəş açan silahlı dəstənin tutulması məqsədi ilə əməliyyat başlanılıb. Daha sonra silahlı şəxslərin sığındığı evdə 14 cəsədin tapılmasından sonra əməliyyatın genişləndirildiyi açıqlanıb. Prokurorluq onu da bildirib ki, əməliyyat zamanı cinayətkarlara məxsus avtomobil, müxtəlif silahlar və bəzi narkotik vasitələr də ələ keçirilib.
Qətllərin bölgədə fəaliyyət göstərən və müxtəlif cinayətlərdə əli olduğu bilinən Jalisco Next Generation Cartel (CJNG) tərəfindən törədildiyi güman edilir.
Nəzrin
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı







































