Cinayət dünyası
Çılpaq görüntüləri yayılan qadın məhkəmədə qalib gəldi: bu qədər təzminat alacaq
ABŞ-ın Texas ştatında çılpaq görüntülərini yaydığı üçün keçmiş sevgilisini məhkəməyə verən qadın 1.2 milyard dollar təzminat alacaq.
Publika.az xəbər verir ki, "The New York Times" qəzeti məhkəmə sənədlərində yalnız D.L hərfləri ilə tanınan qadının keçmiş sevgilisi Markes Camal Ceksona qarşı məhkəmə iddiası qaldırdığını bildirib. İddiaya görə, keçmiş sevgilisi qadının çılpaq görüntülərini onun qohumlarına, dostlarına və işdəki həmkarlarına göndərib. Ceksonun məzmunu paylaşmaq üçün bir çox saxta sosial media profillərindən istifadə etdiyi iddia edilib.
Məlum olub ki, Cekson və D.L 2016-cı ildə görüşməyə başlayıb və 2020-ci ilin əvvəlində ikisi Çikaqoda birlikdə yaşayıblar. Təxminən həmin ərəfələrdə aralarında mübahisələr yaranıb. Qadının sözlərinə görə görə, Ceksonla ayrıldıqdan sonra Texasda anası ilə bir evdə yaşamaq qərarına gəlib.
İddiaya görə, D.L Ceksona ayrıldıqdan sonra yeni tanış olduqları zaman əldə etdiyi intim görüntüləri silməyi və artıq onları saxlamağa icazə vermədiyini bildirib.
Onun sözlərinə görə, keçmiş sevgilisi qadının şəkillərini onun adı, ünvanı və üzünün şəkilləri ilə açdığı hesablarda yayıb. D.L məhkəmə çəkişməsindən qalib çıxıb və keçmiş sevgilisi ona 1,2 milyard dollar təzminat ödəyəcək.
Nəzrin
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı







































