Cinayət dünyası
Bu rayonun sabiq başçısına 22 il cəza istənildi - Əmlakı isə...
Prokuror rusiyalı milyarderə 22 il həbs istəyib.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, dövlət ittihamçısı hakimdən Moskva vilayətinin Klinski rayonunun keçmiş rəhbəri Aleksandr Postriqanın bir sıra cinayətlərə görə 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror milyarder məmurun cinayət birliyi yaratmaqda, xüsusilə külli miqdarda dələduzluqda, vəsaitlərin mənimsənilməsində və leqallaşdırılmasında sübuta yetirilən təqsirini açıqlayıb. Təqsirləndirilən şəxs ümumilikdə 17 cinayət əməlində ittiham olunur.
Prokuror, həmçinin məhkəməyə Postriqanı 117 milyon rubl cərimələməyi və beş il müddətinə dövlət qulluğu vəzifəsi tutmaq hüququndan məhrum etməyi təklif edib. Keçmiş məmurun 3 ortağına isə 6 ildən 14 ilə qədər həbs istənilib.
Qeyd edək ki, Postriqanın barəsində artıq rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə 15 illik həbs cəzası elan olunub. O, eyni zamanda, 116 milyon rubl cərimələnib.
Keçmiş məmur 1992-2014-cü illərdə Moskva vilayətinin Klinski rayonunun administrasiyasına rəhbərlik edib. 2018-ci ilin iyununda Şeremetyevo hava limanında ölkəni tərk etmək istəyərkən saxlanılıb. Postriqan işlədiyi müddətdə uşaq bağçaları, tibb müəssisələri, fabriklər, istirahət zonaları və meşə fondu əraziləri də daxil olmaqla, qohumları üçün 1700 daşınmaz əmlak obyektini qanunsuz olaraq qeydiyyata alıb.
Məhkəmə 10 milyard rubl dəyərində əmlakı müsadirə edib.
Mehti Kamiloğlu
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı







































