Cinayət dünyası
7 körpəni öldürən tibb bacısına bu cəza verildi
İngiltərənin Çester şəhərində bir xəstəxanada işləyən tibb bacısı Lusi Letbi 7 körpəni öldürdüyü və digər 6-nı öldürməyə cəhd etdiyi üçün ömürlük həbs cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, 2015-2016-cı illərdə Çester Xəstəxanasında 7 körpə ölümü ilə bağlı Mançesterdə məhkəmə iclası keçirilib. Hökmü açıqlayan hakim Ceyms Qoss məhkəmədəki çıxışında Letbinin 2015-ci ilin iyunundan 2016-cı ilin iyununa qədər 7 körpəni öldürdüyünü, 6 körpəni öldürməyə cəhd etdiyini, onlardan birini iki həftə ara ilə iki dəfə öldürməyə cəhd etdiyini bildirib.
Səbəbsiz ölümlərin artması ilə xəstəxananın araşdırmaya başladığını qeyd edən hakim Qoss, ölən uşaqların ailələrinin də Letbi tərəfindən sosial mediada gizli şəkildə izlənildiyini bildirib. Letbinin və ailəsinin evlərində aparılan axtarışlarda ölən körpələrlə bağlı xəstəxanada saxlanması lazım olan sənədlərin və Letbinin qeydlərinin ələ keçirildiyini izah edən hakim, bu qeydlərdə Letbinin "Mənsiz dünya daha yaxşıdır. Mən şeytanam” yazdığını bildirib.
Məhkəmədə ifadə verən ailələr Letbinin onlara qarşı şəfqətlə davrandığını bildirərkən, son anda xilas edilən "Körpə L və Körpə M" adlı əkiz uşaqların ailəsi, uşaqların xilas olmasından sonra Letbinin davranışının dəyişdiyini açıqlayıb. Bundan əlavə, ifadə verən tibb bacıları körpə ölümləri xəbərini eşidəndə bir-birilərinə “Lusi bu gün işləyirmi?” sualını verdiklərini bildiriblər.
Nəzrin
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO


















.jpg)

















.jpg)


