Cinayət dünyası
Yemək verməyən ofisiantları güllələdilər: Biri yaralandı, digəri isə...
Türkiyənin Balıkəsir bölgəsində sünnət toyu zamanı yemək üstündə çıxan davada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, Bostancı məhəlləsindəki oteldə keçirilən sünnət toyuna gedən, hələlik şəxsiyyəti müəyyən edilməyən 3 nəfər ofisiantlardan yemək istəyib.
Toya gələn qonaqlardan başqa heç kimə yemək verilmir cavabını alanlarla ofisiantlar arasında mübahisə yaranıb.
Mübahisə böyüdükdə 3 şübhəlidən biri yanındakı tüfənglə ofisiantlar Özkan Kanat və Serkan Kanata 3 atəş açıb. Hadisədə Özkan Kanat başından, qardaşı Serkan Kanat isə bel və omba nahiyəsindən yaralanıb.
Xəbəri alan kimi hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib.
Özkan Kanat xəstəxanada edilən müdaxiləyə baxmayaraq həyatını itirib. Həyati təhlükəsi olan Serkan Kanat ilk müalicəsinin ardından Balıkesir Atatürk Şəhər Xəstəxanasına köçürülüb.
Hadisədən sonra qaçan şübhəlilərin tutulması üçün axtarışlara başlanılıb.
Nəzrin
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı







































