Cinayət dünyası
Yüksək rütbəli zabitlər həbs olundu - Orduda çaxnaşma yaradırmışlar
Ermənistanda 2 yüksək rütbəli zabit həbs olunub.
Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ermənistanda iki yüksək rütbəli zabit hərbi qulluqçular arasında çaxnaşma yaratmaqda və əsgərləri silahlarını təhvil verməyə məcbur etməkdə ittiham olunaraq həbs edilib. Hadisənin İkinci Qarabağ müharibəsi zamanı baş verdiyi bildirilir.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, ordu korpuslarından birinin polkovnik rütbəli komandirinin müavini onlara həvalə edilmiş şəxsi heyətin döyüşdən imtina etməsinə şərait yaratmaq məqsədilə hərbi hissə komandirinin müavini(polkovnik-leytenant) ilə əlbir olub.
Onlar 19 oktyabr 2020-ci il tarixində hərbi hissənin qərargahında hər iki bölmənin komandirlərinə qoşunlar arasında çaxnaşma salmaq əmri verib. Bölmə komandirləri əmrin qanunsuz olduğunu anlayaraq, göstərişi yerinə yetirməkdən imtina ediblər.
Daxil olmuş materiallar əsasında polkovnik və polkovnik-leytenanta Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib.
Mehti Kamiloğlu
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO


















.jpg)





.jpg)











