Cinayət dünyası
Bu dəfə həbs edilməsi üçün axtarılır - Dayənin ŞOK ƏMƏLİ
Moskvada dayə ev sahibinin 3 milyon rubl dəyərində qiymətli əşyalarını oğurlayıb.
Publika.az xəbər verir ki, Moskvada dayə çalışdığı mənzildən 3 milyon rubl dəyərində zinət əşyaları çıxarıb. Bu barədə "Shot" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, Anna 2018-ci ildən həkim Yelenanın nəvəsinə baxmağa başlayıb.
O, qısa zamanda Yelenanın etimadını qazanmağı bacarıb. Nəticədə həkim paytaxtda yeni köçdüyü mənzilin açarlarını rəfiqəsinə (dayəyə) verib ki, vaxtaşırı orada təmizlik aparsın.
İyulun əvvəlində Anna təmizlik işləri apararkən içərisində zinət əşyaları və nağd pul olan kisə tapır və onu götürmək qərarına gəlir. Pul kisəsinin içində 3 milyon rubl dəyərində qızıl-zinət əşyaları və valyuta olub.
Bir müddət sonra Yelena dayəni başına gələnlər barədə məlumatlandırır və polisə getmək planlarını bölüşür. Onu bu fikrindən döndərmək üçün uğursuz cəhdlərdən sonra Anna əməlini maliyyə problemləri ilə əsaslandıraraq etiraf edib.
Ertəsi gün oğru apardığı qızıl-zinət əşyalarını və pulu qaytaracağına söz versə də, o vədinə əməl etməyərək, Yelena ilə əlaqəni kəsir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları dayənin axtarışı ilə məşğuldur.
Mehti Kamiloğlu
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...

















.jpg)

.jpg)




















