Tualet "qaydaları"na "riayət" etməyən qonşusunu zəhərləməyə çalışdı - FOTO
Bizi izləyin

Cinayət dünyası

Tualet "qaydaları"na "riayət" etməyən qonşusunu zəhərləməyə çalışdı - FOTO

ABŞ-ın Florida ştatında yaşayan Ömər Abdullanın qonşusu ilə yaşadığı “səs-küy gərginliyi” ağlasığmaz intiqama çevrilib. Kişinin qapısının önünə gül qabına qoyduğu gizli kameradan çəkilən görüntülər ABŞ-ın gündəmini zəbt edib.

Publika.az xəbər verir ki, ölkənin günlərdir danışdığı hadisənin qurbanı Ömər Abdulla İngiltərənin "Dailymail" qəzetinə danışıb. Kimya elmləri doktoru olan 36 yaşlı qonşusu Xuming Li ilə münasibətlərinin əvvəlcə yaxşı olduğunu bildirən kişi, qonşusu ilə tez-tez söhbət etdiklərini, hətta körpələri dünyaya gələndə onlara hədiyyələrlə gəlib təbrik etdiklərini söyləyib.

Məlumata görə, qonşuların münasibətləri 2022-ci ilin ortalarında Li evdən gələn səs-küydən şikayətlənəndə pisləşib. Ailənin qapısına gəlib "daha sakit yerimələrini" xahiş edən Li tualet oturacağının səsindən, hətta yerə düşən əşyalardan narahat olmağa başlayıb və Abdullaha mesajlar göndərməyə başlayıb. Gərginlik bu ilin mart ayında pik həddə çatıb.

Belə ki, Li qonşularını polisə şikayət edib və onlar arasında əlaqə tamamilə sonlanıb. İyun ayında evlərində mənbəyini bilmədiyi dəhşətli qoxu ilə mübarizə apardıqlarını deyən Abdullah bunun əvvəlcə kondisioner və ya quraşdırma ilə bağlı olduğunu düşünərək evə usta çağırıb. Lakin gələn usta evdə heç bir problem aşkarlamayıb. Ailəsini narahat edən qoxunun mənbəyini tapmaq üçün havalandırma kanallarını təmizləyən, yanğınsöndürənlərə zəng edərək kömək istəyən şəxs qoxunun xüsusilə qapı hissəsində cəmləşdiyini anlayanda şübhələnib və qapının ağzındakı gül qabına gizli kamera yerləşdirib.

Ailəsinin həyatlarını acınacaqlı hala gətirən qoxudan qusma, baş gicəllənməsi və şiddətli başağrısı keçirdiyini bildirən Abdullah balaca körpəsinin saçları tökülməyə başlayanda yerləşdirdiyi gizli kameranın qeydlərini araşdırmaq qərarına gəlib. O, izlədiyi görüntülər qarşısında dəhşətə gəlib. Kamera qeydlərində qonşu Linin əlində şprislə naməlum maddəni qapının ağzına tökdüyü görünür. Gördüklərdən şoka düşən kişi dərhal arvadını və körpəsini mənzildən çıxarıb və polisə müraciət edib.

Səlahiyyətlilər apardıqları araşdırmalardan sonra Çin vətəndaşı Xuming Linin qonşusundan qisas almaq üçün zəhərli qarışıq hazırladığını və mütəmadi olaraq bunu qapıya sürtdüyünü aşkar ediblər. "Dailymail" qəzeti sözügedən qarışığın hələ də tam olaraq təyin olunmadığını bildirib. "NewYorkPost" qəzeti isə Linin sözügedən maddəni işlədiyi universitetin laboratoriyasında hazırladığını yazıb.

Polis tərəfindən həbs edilən 36 yaşlı kimyaçı indi təhlükəli maddələr saxlamaq, qonşularına şiddət göstərmək və ciddi təqiblərə məruz qoymaqda ittiham olunur və dekabrın 5-də məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Yaşadıqları prosesin bütün ailəsinə travma yaratdığını izah edən Abdullah, “Hadisədən sonra təhlükəsizlik hissimizi itirdik, evdən çıxmağa qorxuruq. O vəhşinin içimizə çəkməyimiz üçün vurduğu zəhərdən tamamilə qurtulmaq üçün hər gün qapımızı dezinfeksiyaedici ilə təmizləyirik”, - deyə bildirib.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm