Cinayət dünyası
21 il cəza verildi - Halbuki öldüyü güman edilirdi
Praqada Ukraynaya qarşı vuruşan Çexiya vətəndaşı 21 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Praqa məhkəməsi rus silahlılarının tərəfində Ukraynaya qarşı vuruşan Çexiya vətəndaşını 21 il müddətinə azadlıqdan məhrum edib.
Məlumata görə, Brno şəhərindən olan məhbus yaraqlıların sıralarında snayper olub və azı dörd Ukrayna əsgərini öldürüb. Prokuror onun üçün 25 il həbs istəyib. Lakin vəkil təqsirləndirilən şəxsin artıq öldüyünü ehtimal edib.
Praqa Şəhər Məhkəməsi təqsirləndirilən şəxsin iştirakı olmadan işə üçüncü dəfə baxıb.
Yenidən həmin şəxs terror aktında və terror qruplaşmasında iştirakda təqsirli bilinib. Əvvəllər ona 20 il həbs cəzası kəsilib. İttiham, əsasən həmin şəxsin "Facebook"-dakı yazılarına əsaslanıb. Məhkəmənin fikrincə, bu, kifayət qədər sübut deyildi. Lakin hazırkı hökm hərbi ekspertizanın rəyi ilə təsdiqlənib.
Prokuror qeyd edib ki, təqsirləndirilən şəxs 2016-cı ildə qondarma “DXR” yaraqlılarının nəzarətində olan Ukrayna ərazisinə gedib. O, qondarma “Respublika Qvardiyası”nın sıralarında əvvəlcə snayper, sonralar tağım komandiri kimi Ukrayna qoşunlarına qarşı döyüşlərdə fəal iştirak edib.
Təqsirləndirilən şəxs sosial şəbəkədə çox aktiv idi, lakin ötən ilin aprelindən heç nə paylaşmırdı və bu səbəbdən vəkil onun artıq həyatda olmadığı qənaətinə gəlib. Bununla belə, məhkəmədə ekspertiza rəyi təqdim edilib, ona əsasən məlum olub ki, təqsirləndirilən şəxs yayın əvvəlində hələ də Ukraynadakı döyüş əməliyyatlarında iştirak edib.
Əgər hökm qüvvəyə minərsə və həmin şəxs gələcəkdə Çexiyaya qayıdarsa, o, işinə yenidən baxılmasını tələb edə bilər.
Mehti Kamiloğlu
-
Sosial08:00Alarkən ALDANMAYIN - Təbii balı saxtasından ayıran əsas əlamətlər
-
Magazin106:16Oksananın uşaqlıq FOTOSU
-
Region04:44Türkiyənin Qara dəniz sahilində hərbi PUA tapıldı
-
ABŞ01:41Putin Trampı təbrik etdi
-
Səhiyyə00:45İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş
-
Qoroskop00:30Günün ULDUZ FALI - Belə hərəkət etmək sizə uğur gətirəcək
-
Magazin200:0081 yaşlı Türkan Şorayın son halı - FOTO
-
Sosial4 İyul 23:36Qəza vaxtı Amalın qanında narkotik və ya spirt olub? - Ekspert rəyi































.jpg)





