Cinayət dünyası
Qızını zorlayan pedofili anası və arvadı həbsxanadan qaçırdı
Anası və arvadı pedofil təcavüzkara həbsxanadan qaçmağa kömək edib.
Publika.az xəbər verir ki, ABŞ-da bir il əvvəl anası və həyat yoldaşının köməyi ilə həbsxanadan qaçan pedofil təcavüzkar saxlanılıb. Bu barədə “People” məlumat yayıb.
Qeyd edilir ki, 14 yaşlı ögey qızını zorladığına görə ömürlük həbs cəzası alan 39 yaşlı Samuel Hartman 2022-ci il avqustun 12-də etiraz aksiyası keçirib. Həmin gün o, məhbuslardan ibarət briqadanın tərkibində həbsxana divarlarından kənarda işləyirkən bir yük maşını qəfil yaxınlıqda dayanıb. Avtomobildən tullanan iki qadın mühafizəçilərə atəş açaraq, Hartmanı qaçırıb.
Həbsxana işçiləri onları Missisipi çayına qədər təqib edib. Samuel anası Linda Vhite və arvadı Misti Hartman ilə birlikdə reaktiv xizəklərə minərək aradan çıxıb.
Avqustun 29-da Hartman, onun həyat yoldaşı, anası və anasının sevgilisi Rodni Trent iki ştatın polisinin birgə əməliyyatı zamanı yaxalanıb.
Trent cinsi cinayətkarı gizlətmək və qaçışda iştirak etməkdə ittiham olunur. Qadınlara qarşı hansı ittihamların irəli sürüldüyü hələlik məlum deyil.
Mehti Kamiloğlu
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...

















.jpg)

.jpg)




















