Cinayət dünyası
Həkim xəstəni boğdu - Heç vaxt "yüngül olmayacaq" yastığı ilə
Belçika mətbuatında yer alan xəbərə görə, evtanaziya olunmaq istəyən xərçəng xəstəsi qadın verilən ölümcül dərmanlar yetərli olmadığı üçün həkim tərəfindən yastıqla boğularaq öldürülüb.
Publika.az xəbər verir ki, 36 yaşlı qadına ölümcül xərçəng diaqnozu qoyulduqdan bir neçə ay sonra ciddi şəkildə pisləşib. Qadın 2022-ci ilin mart ayında evtanaziya olunmağı seçdiyini bildirib.
Belçikada qanuni olan prosesi bir həkim və iki tibb bacısı həyata keçirib. Qadının ailəsi yaxınlarının ölümünün şahidi olmaq istəmədikləri üçün evi tərk ediblər.
"Sud İnfo"da yer alan xəbərə görə, proses planlaşdırıldığı kimi getməyib. Belə ki, dərman kokteyli istənilən effekti vermədikdə həkimin qadını yastıqla boğaraq həyatına son qoyduğu iddia edilib.
"7sur7", ekspertiza zamanı boğulma əlamətlərinin aşkarlandığını yazıb. Qadının əri Lyej prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək, evtanaziya edən həkim və iki tibb bacısı haqqında cinayət işi açdırıb.
Nəzrin

-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...

















.jpg)

.jpg)




















