Cinayət dünyası
Məşhur narkobaron öz ölkəsinə ekstradisiya edildi
Meksikalı narkobaron Xoakin Quzmanın oğlu, “El Çapo” ləqəbli Ovidio Quzman ABŞ-a ekstradisiya edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da axtarışda olan narkotacir, Sinaloa Kartelinin lideri 33 yaşlı Ovidio Quzman Meksika hakimiyyəti tərəfindən ABŞ-a ekstradisiya edilib.
"Mən bu ekstradisiyaya görə, Meksika hökumətindəki həmkarlarımıza minnətdaram", - ABŞ-ın baş prokuroru Qarland deyib.
Bildirilir ki, ABŞ-da fentanilin yayılmasında ən çox Sinaloa karteli məsuliyyət daşıyır.
Məlumata görə, yanvarın 5-də Sinaloa əyalətinin Culiacan və ətraf şəhərlərində Meksika ordusunun keçirdiyi əməliyyat nəticəsində Sinaloa Kartelinin lideri Ovidio Quzman yaxalanıb. Əməliyyat zamanı 10 mühafizəçi və 19 kartel üzvü həlak olub, 35 hərbçi yaralanıb.
Ovidio Quzman Almoloya de Xuares şəhərindəki Altiplano həbsxanasına aparılıb. Qeyd edək ki, ABŞ hökuməti onun tutulmasında kömək edəcək qüvvələrə 5 milyon dollar mükafat təklif etmişdi. O, 17 oktyabr 2019-cu ildə yaxalansa da, kartel üzvlərinin xalqa qarşı təhdidləri səbəbindən sərbəst buraxılmışdı.
El Çapo hazırda ABŞ-ın Kolorado ştatında ADX Florence adlı təhlükəsizlik həbsxanasında saxlanılır.
Onun atası, məşhur narkobaron Xoakin Quzman 2019-cu ilin fevralında ABŞ-da mühakimə olunub və narkotik vasitələrin qanunsuz dövriyyəsində və bir çox insanın ölümündə təqsirli bilinərək ömürlük həbsə və 12,7 milyard dollar məbləğində cəriməyə məhkum edilib.
Mehti Kamiloğlu
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...

















.jpg)

.jpg)




















