Cinayət dünyası
Müdafiə Nazirliyinin əməkdaşı həbs olundu
Hollandiya Müdafiə Nazirliyinin rəsmisi Rusiyaya qarşı sanksiyalardan yayındığına görə həbs edilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Hollandiyanın Fiskal İnformasiya və Təhqiqat Xidməti (FIOD) Aİ-nin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, üçüncü ölkələr vasitəsilə Rusiya Federasiyasına təyyarə hissələrini ixrac etməkdə ittiham olunan Müdafiə Nazirliyinin əməkdaşını həbs edib.
Məlumata görə, Arnhemdən olan 48 yaşlı kişi avqustun sonunda həbs edilib. Müdafiə Nazirliyinin rəsmisinin izinə düşmək üçün müstəntiqlərə lazımi məlumatları verən onun 53 yaşlı şəriki bir gün əvvəl nəzarətə götürülüb.
"İstintaq məlumatlarının əsasında avqustun 30-da Arnhemdən olan 48 yaşlı kişinin yaşadığı evdə axtarış aparılıb və o həbs edilib. O, həmçinin öz şirkətləri vasitəsilə Rusiyaya təyyarə hissələri ixrac etməklə sanksiyalar haqqında qanundan yayınmaqda şübhəli bilinir", - FIOD bildirib.
"Onun yaşadığı ünvandan sənədlər, rəqəmsal saxlama daşıyıcıları və döyüş sursatları götürülüb. Həmin şəxs Müdafiə Nazirliyində işləyir", - xidmətdən əlavə ediblər.
Hər iki şəxs Ukraynada genişmiqyaslı müharibənin başlamasından və ötən ilin fevralında Aİ sanksiyalarının tətbiqindən sonra üçüncü ölkələr vasitəsilə Rusiyaya ehtiyat hissələri ixrac etməkdə ittiham olunur.
Mehti Kamiloğlu
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...

















.jpg)

.jpg)




















