Cinayət dünyası
Dövlətin adından aldatdılar: 1 kilo qızıl, 251 min 725 manat pul...
Türkiyənin Kütahya bölgəsində 79 yaşlı Abdullah Karaca 3 əcnəbi vətəndaş tərəfindən “Dövlətin köməyinizə ehtiyacı var” deyərək təxminən 4 milyon lirə (251 min 725 manat) aldadılıb.
Publika.az xəbər verir ki, Karacaya zəng edən şəxslər özlərini prokuror və polis işçisi kimi təqdim edərək FETÖ əməliyyatı olacağını və pul lazım olduğunu bildiriblər.
Fırıldaqçılar “Dövlətin köməyinizə ehtiyacı var, bu məsələni heç kimə deyə bilməzsiniz, bu, çox gizli əməliyyatdır” deyərək 79 yaşlı kişini razı salıblar.
Beləcə Karaca həyat yoldaşı ilə birlikdə evdən götürdüyü 1 kiloya yaxın qızıl və 70 min avronu Gediz Dövlət Xəstəxanası yaxınlığında görüşdüyü 3 nəfərə təhvil verib.
Fırıldaqçılar həmçinin Karacadan avtomobilini satmasını və pulu ona verdikləri İban nömrəsinə köçürməsini istəyiblər. Fırıldaqçıların yalanlarından xilas ola bilməyən Karaca avtomobilini sataraq əldə etdiyi 410 min lirə (25 min 800 manat) pulu verilən İban nömrəsinə köçürüb.

Abdullah Karaca ona "Əməliyyat 15.09.2023-cü il tarixində bitəcək. Göndərdiyiniz pul və qızıllar əməliyyat sonunda sizə qaytarılacaq" deyən fırıldaqçılardan xəbər ala bilmədikdə şübhələnərək polisə müraciət edib.
Gediz Rayon Polis Şöbəsinə tabe olan qruplar tərəfindən aparılan araşdırmanın ardından qeyd olunan ünvanda əməliyyat təşkil edilib. Əməliyyat zamanı 3 əcnəbi şübhəli H.E.H. (20), R.E. (26) və M.H.B. (22) saxlanılaraq nəzarətə alınıb.
Ədliyyəyə sövq edilən əcnəbilər Gediz Sülh Cəza Məhkəməsi tərəfindən həbs olunub.
Nəzrin
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...

















.jpg)

.jpg)




















