Cinayət dünyası
Uşaq bağçasında 500 min insanı öldürə biləcək dərmanlar tapıldı
Polis Nyu Yorkdakı uşaq bağçasında yataq döşəyinin altından bir kiloqram fentanil tapıldığını, bir uşağın öldüyünü, daha üç uşağın isə xəstəxanaya yerləşdirildiyini bildirib.
Publika.az xəbər verir ki, cəmi bir həftə uşaq bağçasında olan Nikolas Dominici həddindən artıq dozada narkotik qəbulundan həyatını itirib. Digər üç uşaq da bağçada güclü narkotikə məruz qaldıqdan sonra xəstəxanaya yerləşdirilib. Narkotik sui-qəsd və adam öldürmə ittihamı ilə iki nəfərə qarşı cinayət işi açılıb.Polis səkkiz aydan iki yaşa qədər olan uşaqların uşaq baxçasında fentanili inhalyasiya etdiklərini güman edir.
Nyu York Polis Departamentinin baş detektivi Cozef Kenni bildirib ki, uşaq baxçasında axtarış zamanı uşaqların əvvəllər yatdıqları döşəyin altından bir funt fentanil aşkar edilib. Axtarış qrupları tərəfindən kiloqramlarla narkotik maddənin qablaşdırılmasında istifadə edilən üç pres də aşkar edildiyi açıqlanıb.
Polis uşaq bağçasında tapılan narkotiklərin 500 min insanı öldürə biləcəyini bildirib. Heroindən 50 dəfə güclü sintetik ağrıkəsici olan Fentanil ABŞ-da narkotikdən ölüm hallarının artmasında günahlandırılır.
Nəzrin
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...

















.jpg)

.jpg)




















