Cinayət dünyası
28 illik həbsdən sonra günahsız olduğu üzə çıxdı
1995-ci ildə Los-Ancelesdə park edilmiş avtomobildə oturan cütlüyə hücum edərək avtomobildəki qadına təcavüz etməkdə günahlandırılan Kabanillasın DNT testindən sonra günahsız olduğu ortaya çıxıb.
Publika.az xəbər verir ki, hadisəni yenidən araşdıran prokurorluq cinsi təcavüzlə bağlı DNT dəlillərinə əsaslanaraq zorlamanın iki fərqli təcavüzkar tərəfindən törədildiyini müəyyən edib. Hakim 28 il həbsdə olan Kabanillasın günahsız olduğuna, onun məhkumluğunun ləğvinə və azadlığa buraxılmasına qərar verib.
Kabanillası təmsil edən və günahsız olduğu güman edilən məhbuslara pulsuz hüquqi dəstək verən Kaliforniya Məsumluq Layihəsinin səlahiyyətliləri də DNT testinin nəticələrinə görə, Kabanillasın hücumu həyata keçirən iki şəxsdən biri olmadığını bildiriblər.
Səlahiyyətlilər bildiriblər ki, bir nəfər cinayəti etiraf etsə də, indiyədək hadisə ilə bağlı Cabanillasdan başqa heç kim həbs olunmayıb.
Bölgə prokuroru Corc Qaskon Kabanillasdan üzr istəyib. “Ədalətin yanlışlığına və hüquq sistemimizin uğursuzluğuna görə dərin təəssüf hissi keçirirəm”, - deyə bildirib.
Hadisədən sonra hücuma məruz qalan iki şəxs Kabanillasın şəklini müəyyən etsələr də, sonradan əmin olmadıqlarını və onun şəxsiyyətini müəyyənləşdirmək üçün təzyiqə məruz qaldıqlarını bildiriblər.
Cabanillas cütlüyə hücum edən iki silahlıdan biri olduğunu etiraf edərək günahı öz üzərinə götürmüşdü.
Nəzrin
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü



















.jpg)




















