Cinayət dünyası
Molla rejiminin "əxlaq polisi" dayanmır: 16 yaşlı qızı komaya saldılar
İranda 16 yaşlı qız metroda zorla saxlanıldıqdan sonra komaya düşüb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, 16 yaşlı iranlı Armita Geravand, əxlaq polisi onu İslami geyim qaydalarına əməl etmədiyi üçün Tehran metrosunda saxladıqdan sonra aldığı ağır xəsarətlər nəticəsində komaya düşüb.
Məlumata görə, metroda insident oktyabrın 3-də baş verib.
Belə ki, polislər qızı platformada saxlayaraq, ondan başını örtməsini tələb ediblər. Qız bundan imtina etdikdə, ona qarşı kobud güc tətbiq edilib. Nəticədə 16 yaşlı gənc yaxınlıqdakı hərbi hospitala aparılıb.
Hüquq müdafiəçiləri xəstəxana çarpayısında huşsuz vəziyyətdə olan qızın fotosunu yayıblar.
"Biz bu işi diqqətlə izləyirik, qız reanimasiyada komadadır, qohumları xəstəxanada mülki geyimli çoxlu adamın olduğunu deyir", - adının açıqlanmasını istəməyən iranlı fəallardan biri "Reuters" agentliyinə bildirib.
Digər fəal bildirib ki, hakimiyyət qızın valideynlərinə onun fotolarını sosial şəbəkələrdə paylaşmağı və hüquq müdafiəçiləri ilə əlaqə saxlamağı qadağan edib.
Mehti Kamiloğlu
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü



















.jpg)




















