Cinayət dünyası
Məşhur “qanuni oğru” öldürüldü
Qırğızıstanda məşhur “qanuni oğru” Kamçı Asanbek Bişkekin mərkəzində keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
“Əməliyyat-axtarış tədbirləri zamanı K.Asanbekin yeri müəyyən edilib... Sonuncu MTN əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, odlu silahdan istifadə etməklə silahlı müqavimət göstərib”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Asanbek təhlükəsizlik qüvvələrinin cavab atəşi ilə öldürülüb. MTN-dən verilən məlumata görə, xüsusi əməliyyat zamanı başqa itki olmayıb.
Kamçı Asanbek (Kamçıbek Kolbaev) MDB-nin kriminal dairələrində “Kolya Qırğız” kimi tanınırdı.
2007-ci ildə ABŞ Dövlət Departamenti Kolbayevi ölkədəki “ən güclü cinayətkar qruplaşmanın lideri” adlandırıb və 2008-ci il aprelin 23-də Moskvada Kolbayevə Rusiya mütəşəkkil cinayətkarlığının liderləri tərəfindən qanun oğru “tacı” verilib.
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü


















.jpg)




















