Cinayət dünyası
Dostu ilə araq içirdi, uşağın ağlamasından qəzəbləndi və...
İstanbulun Eyüpsultan qəsəbəsində ata 4 aylıq körpəsini çox ağladığı üçün anasının qucağından alıb dəfələrlə yerə çırparaq öldürüb.
Publika.az xəbər verir ki, İstanbulun Avcılar şəhərində yaşayan Türkmənistandan olan Azamat N. (28) həyat yoldaşı və 4 aylıq körpəsi ilə Eyüpsultandakı dostunun evinə gediblər. Ana ağlayan körpəni yatdırmaq istəyərkən, Əzəmət N. digər otaqda dostu ilə spirtli içki qəbul edirmiş.
Azamat N. otağa gələrək ağlayan körpəni arvadının qucağından götürüb və bir neçə dəfə yerə çırpıb. Xəstəxanaya aparılan körpənin bədənində qırılmamış sümük qalmadığı, kəllə travması aldığı və daxili orqanlarının parçalandığı məlum olub.
Qısa müddətdən sonra saxlanılan ata Azamat N "Dostumla spirtli içki qəbul edirdim. Həyat yoldaşım körpə ilə başqa otaqda idi. Körpənin ağlaması məni narahat etdiyi üçün həyat yoldaşımla mübahisə etməyə başladım. "Uşağı niyə ağladırsan?" dedim. Körpəni arvadımın əlindən aldım. Bu vaxt uşaq yerə yıxıldı. Yerdən götürüb çarpayıya tərəf atarkən uşaq yenidən yıxıldı. Əməlimdən peşmanam",- deyə bildirib.
İfadəsi alındıqdan sonra məhkəməyə çıxarılan Əzəmət həbs edilib.
Nəzrin
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü


















.jpg)




















