Cinayət dünyası
ABŞ-da fələstinli ailəyə hücum edildi, bir uşaq öldü
ABŞ-ın Çikaqo şəhərində bir şəxs 6 yaşlı uşağı öldürüb, anasını isə yaralayıb. Hücumun uşaq və anasının müsəlman kimliyi və İsrail-Fələstin münaqişəsi səbəbiylə həyata keçirildiyi açıqlanıb.
Publika.az xəbər verir ki, Vill County Şerif Ofisindən verilən açıqlamada, 71 yaşlı Cozef Çubanın qətli törətməkdəki motivinin "uşağın və anasının müsəlman kimliyi və İsrail-Fələstin münaqişəsi" olduğu iddia edilib. Bildirilib ki, polis hadisə yerinə gəldikdə Çubanı evin qarşısında oturmuş vəziyyətdə görüblər. Daha sonra evə daxil olan polis əməkdaşları 32 yaşlı qadını və onun 6 yaşlı uşağını ağır bıçaq yaraları almış halda tapıblar.

26 bıçaq zərbəsi alan uşağın xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişdiyi, anasının isə vəziyyətinin ağır olduğu açıqlanıb.
Səlahiyyətlilər, hücumla bağlı açıqlama verməyən Çubanın İsrail-Fələstin münaqişəsinin təsiri altında uşağı müsəlman olduğu üçün öldürdüyünün müəyyən edildiyini bildiriblər.
Çuba birinci dərəcəli qətl, birinci dərəcəli adam öldürməyə cəhd, iki nifrət cinayəti və ölümcül silahla yaralamada ittiham olunur.
Hücumla bağlı ABŞ prezidenti Co Bayden də açıqlama verib. O, müsəlman uşağının öldürülməsini “dəhşətli nifrət aktı” adlandırıb.
Nəzrin
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü


















.jpg)




















