Cinayət dünyası
Atasını öldürüb kredit kartı ilə görün nə etdi
Sevgilisi ilə evlənməsinə icazə verməyən atasını öldürən Hakan Dəmirəlin həbs olunacağını anlayanda atasının kredit kartları ilə həbsxanada geyinmək üçün paltar aldığı məlum olub.
Publika.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib. Belə ki, Hakan Dəmirəl (33) fevralın 9-da sevgilisi ilə evlənməyə qarşı olduğu üçün mübahisə etdiyi atası Mustafa Dəmirəli (60) öldürüb. O polislər tərəfindən saxlanılıb. Polis bölməsindəki ilk ifadəsində soyuqqanlı hərəkətləri ilə diqqət çəkən Dəmirəl "Günahkar deyiləm. Atamı qohumlarımdan kimsə də öldürmüş ola bilər. Məni nahaq yerə sorğu-sual edirsiniz. İcazə verin son vəzifəmi yerinə yetirmək üçün atamın dəfnində iştirak edim" ifadələrini işlədib. Lakin sonradan cinayətini etiraf edən Hakan Dəmirələ qarşı “qəsdən adam öldürmə” maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs tələbi ilə iddia qaldırılıb.
Dəmirəl atasının cəsədini tapdığını dediyi gün diqqət çəkməmək üçün evdən aralanmayıb, göz yaşları tökərək polisə "atamı kim və niyə öldürdü?" sualını verib. Məlum olub ki, o, telefonu ilə ona zəng edənlərin başsağlığını qəbul edib.
Bursa 1-ci Ağır Cəza Məhkəməsində Dəmirəlin məhkəməsi başlayıb. O ilk dəfə məhkəmədə ifadə verib:
"Həbs olunacağımı təxmin edirdim. Buna görə də atamın kredit kartı ilə həbsxanada geyinmək üçün özümə pal-paltar aldım. Atamı öldürdüyümü heç kimə demədim. Qardaşım mənə zəng edib atamı tapa bilmədiyini dedi. Əvvəlcə itkin elanı verdik, sonra evə getdik. Birlikdə evin asma mərtəbəsinə çıxdıq. Atam orada yatırdı. Qardaşım mənə qatil kimi baxacağından atamı o dəqiqə öldürdüyümü deyə bilmədim. Vicdan əzabı çəkirəm. Heç kim mənə qatil kimi baxmasın".
Nəzrin
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...





































.jpg)


