Cinayət dünyası
Bu qızılları satan dəstə saxlanıldı: Aralarında deputatın...
Ukraynaya məxsus qiymətli əşyaları qanunsuz olaraq İspaniyada satmağa cəhd edən dəstə üzvləri saxlanılıb.
Publika.az "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, Ukraynaya məxsus qiymətli əşyaları qanunsuz olaraq İspaniyada satmağa cəhd edən dəstə üzvləri Ukrayna Təhlükəsizlik Xidməti, İqtisadi Təhlükəsizlik Bürosu və İspaniya Krallığı polisinin əməkdaşlığı nəticəsində zərərsizləşdirilib.
“Madriddə keçirilən beynəlxalq xüsusi əməliyyat nəticəsində Ukraynaya məxsus artefaktları qanunsuz olaraq satmağa cəhd edən 5 dəstə üzvü saxlanılıb.Saxlanılanlar arasında UOC-un Ukraynadan olan deputatının nümayəndəsi də var", - məlumatda deyilir.
İstintaq zamanı cinayətkarlardan Ukrayna mədəni irsinə aid dəyəri 60 milyon avrodan çox olan 11 ədəd qızıl əşyalar götürülüb.
İstintaqın məlumatına görə, müttəhimlər 2014-2020-ci illər ərzində Ukraynadan qeyri-qanuni olaraq Avropa İttifaqına artefakt ixrac ediblər.
Sonra onlar mədəni sərvətləri xarici kollektorlar tərəfindən alınması adı altında "qanuniləşdirməyə" və qara bazarda satmağa cəhd ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin cinayət əməllərini mərhələli şəkildə sənədləşdirib və onları Ukrayna artefaktlarını daşıyarkən cinayət başında yaxalayıblar.
İstintaq cinayətin bütün hallarının müəyyən edilməsi və təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində davam etdirilir.
Müsadirə edilən qədim əşyaların Ukraynanın mədəni irsinə aid olması barədə ekspertiza rəyi alınıb.
Bundan əlavə, Ukraynanın ərazisindən oğurlanmış Skif dövrünə aid bütün qızılların yerini müəyyən etmək üçün kompleks tədbirlər davam etdirilir
Mehti Kamiloğlu
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO















.jpg)

























