Cinayət dünyası
Ər-arvadın "maşını kim sürəcək" mübahisəsi ölümlə nəticələndi
Adanada təqaüdçü zabit Yaşar Ərgül (53) həyat yoldaşı Sadə Ərgülü (35) uşaqlarının gözü önündə qətlə yetirib.
Publika.az xəbər verir ki, Y. Ərgül şəhər xaricinə çıxmaq üçün yüngül ticarət maşınından istifadə etmək istəyib. İddiaya görə, Ərgülün həyat yoldaşı Sadə Ərgül (35) də maşına ehtiyacı olduğunu bildirib və ərinə sən avtobusla get deyib.
Bu məsələ ilə bağlı cütlük arasında mübahisə yaranıb. Mübahisə böyüyərək davaya çevriləndə Yaşar Ərgül 3 övladının gözü qarşısında arvadını iki dəfə güllələyərək öldürüb.
Hadisədən sonra qaçan şübhəli polis tərəfindən saxlanılıb.
Qızının öldürüldüyünü öyrənərək hadisə yerinə gələn Hacı Ömər Güveloğlunun "Yaşar, sənin qanını içəcəyəm. O mənim tək qızım, tək övladım idi. Onu niyə əlimdən aldın? Mənim qızım, sənin bu qədər ömrün var idi, niyə öldün?" mərsiyələri hər kəsi kədərləndirib.

Nəzrin
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO















.jpg)

























