Cinayət dünyası
Təqaüdçü qadın fırıldaqçıların qurbanı oldu - İki evini itirdi
Təqaüdçü qadın fırıldaqçılara görə iki mənzilini itirib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvada yaşayan təqaüdçü qadın fırıldağın qurbanı olub.
Belə ki, istintaq idarəsinin yaydığı məlumata görə, fırıldaqçılar klassik sxem üzrə hərəkət ediblər. Onlar təqaüdçüyə zəng edərək, özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları və bank işçiləri kimi təqdim ediblər. Qadını kiminsə onun hesabından pul çıxarmağa çalışdığına inandıraraq, “təhlükəsiz hesaba” köçürmə adı ilə aldadıblar.
Bir müddət sonra isə fırıldaqçılar təqaüdçü ilə yenidən əlaqə saxlayıb və bildiriblər ki, indi kimsə onun daşınmaz əmlakı ilə qanunsuz əməliyyat həyata keçirməyə çalışır. Qadın bu dəfə ikiqat sadəlövhlük nümayiş etdirərək, Moskva vilayətinin Stupino şəhərindəki mənzilini və oğluna məxsus Akademik Anoxin küçəsindəki mənzili satıb.
Bundan sonra fırıldaqçılar zərərçəkmişə bildiriblər ki, cinayətkarlar tutulana qədər o və oğlu oteldə yaşamalıdırlar.
"Ümumilikdə qadın fırıldaqçılara 16 milyon rubldan çox pul verib", - prokurorluq bildirib.
Mehti Kamiloğlu
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO















.jpg)

























