Cinayət dünyası
Aparıcı canlı efirdə belə öldürüldü - VİDEO
Filippində radio aparıcısı canlı yayım zamanı güllələnərək öldürülüb.
Publika.az xəbər verir ki, radio aparıcısı DJ Conni Uolker kimi tanınan Xuan Cumalon sosial mediada canlı yayım edərkən studiyaya daxil olan bir nəfər tərəfindən güllələnərək öldürülüb. Yerli medianın polis mənbələrinə əsaslanaraq verdiyi xəbərlərdə, təcavüzkarın efirdə vacib bir məlumatı elan etmək" üçün Cumalonun canlı efirdə olduğu studiyaya daxil olmaq icazəsi istədiyi bildirilib. Filippin Milli Jurnalistlər Assosiasiyası hücumun Cumalonun radio stansiyası kimi də istifadə etdiyi evində baş verdiyini açıqlayıb.
Filippin prezidenti Ferdinand Markos Cumalonun qətlini pisləyərək, təqsirkarların tez bir zamanda məsuliyyətə cəlb edilməsi üçün hərtərəfli təhqiqatın aparılmasını əmr etdiyini deyib. Polisdən verilən açıqlamada Cumalonun həyatı üçün hər hansı təhlükə ilə bağlı daha əvvəl heç bir məlumatın daxil olmadığı qeyd edilib.
Nəzrin
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO






































