Cinayət dünyası
Sankt-Peterburqu qorxu altında saxlayan Tural Məmmədov Rusiyaya ekstradisiya edildi - VİDEO
Azərbaycan Rusiyanın tələbi ilə Sankt-Peterburq sakinlərini döyərək videoya çəkən dəstənin başçısı Tural Məmmədovu ekstradisiya edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“Rusiya Baş Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikasının səlahiyyətli orqanları Tural Məmmədovu cinayət məsuliyyətinə cəlb etmək üçün ekstradisiya edib”, - Baş Prokurorluğun bəyanatında deyilir.
Məmmədova qarşı xuliqanlıq, bir qrup şəxs arasında milli mənsubiyyətə görə nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham irəli sürülüb.
İstintaqın məlumatına görə, oktyabrın 15-də Tural Məmmədov cinayətin digər iştirakçıları ilə birlikdə yoldan keçənlərə hücum etməyə çağırıb və özü də əlbəyaxa davada iştirak edib. Hücum edənlər baş verənləri lentə alıb, sonra internetə yerləşdiriblər.
Tural
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO






































