Cinayət dünyası
İtaliyanın mafiya işi: 200 nəfərə 2200 il həbs cəzası verildi
İtaliyanın ən təhlükəli cinayət təşkilatlarından biri olan "Ndrangeta"ya qarşı əsas mafiya işi ilə bağlı məhkəmə iclasında 200-ə yaxın şəxsə hökm oxunub. Təqsirləndirilən şəxslərə ümumilikdə 2200 ildən çox həbs cəzası verilib.
Publika.az xəbər verir ki, ölkənin cənubunda yerləşən Kalabriya bölgəsində yerləşən "Ndrangeta" mütəşəkkil cinayət təşkilatına qarşı son 30 ilin ən böyük mafiya məhkəməsində qərar açıqlanıb. İlk iclası 2021-ci ilin yanvarında Lametsiya Terme şəhərində xüsusi tikilmiş məhkəmə zalında keçirilən və ictimaiyyət arasında “Skotun canlanması" kimi tanınan işdə siyasət, dövlət, iqtisadiyyat kimi sahələrdən olan yüksək səviyyəli şəxslərin "Ndrangeta" kimi mütəşəkkil cinayət dünyasının ən təhlükəli mafiyası ilə əlaqələri araşdırılıb.

İtaliya mətbuatında yer alan xəbərə görə, 338 müttəhimin mühakimə olunduğu və 2 il 10 ay davam edən böyük mafiya davasında hökmün açıqlanması 1 saat 40 dəqiqə çəkib.

Təqsirləndirilənlərdən 207-si mühakimə edilərkən, müttəhimlərə verilən ümumi həbs cəzalarının 2200 ildən çox olduğu bildirilib.
Bu məhkəmə işi, 1986-1992-ci illər arasında Siciliyada "Kosa Nostra" mafiya təşkilatına qarşı 475 nəfərin mühakimə olunduğu böyük davadan sonra İtaliyadakı ən böyük mafiya işi idi.
Mətbuatda dərc olunan xəbər və şərhlərdə, Lametsiya Termedə təxminən 3 il davam edən məhkəmə prosesinin 'Ndrangeta'nın təşkilatlanmasına zərbə vurduğu bildirilir.
Nəzrin
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq




















.jpg)
















.jpg)


