Cinayət dünyası
Xəyanətə dözmədi, qisasını 83 qadından aldı: Amansız manyaka 4-cü dəfə hökm oxundu
Anqarsk manyakı kimi tanınan Mixail Popkova yeni hökm oxunub. İrkutsk məhkəməsi onu daha bir iş üzrə on il müddətinə azadlıqdan məhrum edib.
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-nun müxbiri məlumat verib. 83 qadını vəhşicəsinə öldürməkdə ittiham olunan kiçik polis leytenantı ömürlük həbs cəzasına məhkum olub. Hadisənin təfərrüatları açıqlanıb.
İrkutsk məhkəməsi Popkovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə təqsirli bilib. Daha əvvəl Rusiya İstintaq Komitəsinin (İQK) regional şöbəsinin nümayəndəsi Karina Qolovaçeva Lenta.ru-ya bildirib ki, yeni işdə üç qadın var.
1997-ci ildə Jilkino kəndində Popkov 27 yaşlı qadının, 1998-ci ildə İrkutskda Anqara çayının sahilində 25 yaşlı qızın, 2003-cü ildə isə İrkutskda Novo-Leninski qəbiristanlığının ərazisində 31 yaşlı qadının həyatına son qoyub.
Anqarsk manyakı arvadı onu aldatdıqdan sonra qadınlara qarşı sərt addımlar atmağa başlayıb.
Belə ki, 1992-ci ildə işdən evə vaxtından əvvəl qayıdan kiçik polis leytenantı Mixail Popkov arvadının xəyanəti ilə üzləşib. O, arvadına əl belə qaldırmayıb. Səbini isə belə izah edib: birincisi, həyat yoldaşı təcavüzə məruz qaldığını deyib, ikincisi, ailədə kiçik qız övladı böyüyüb.
Bunun əvəzində “İrkutskÇikatilo” (Popkovun ikinci ləqəbi) axşamlar görüşdüyü xanımlardan qisas almaq qərarına gəlir və onlara evə getməyi təklif edir. Mixail Popkov həyat yoldaşı ona xəyanət etdikdən sonra qadınları öldürməklə onlardan qisdas almaq qərarına gəlib. Popkov qadınlarla görüşərək əvvəlcə onları zorlayıb, daha sonra isə bıçaqla doğrayıb. Bəzi məlumatlara görə, o, cinayətlərin bəzilərini polis geyimində, xidməti avtomobildə olarkən törədib.
Bu gün Popkovun adına artıq 86 sübut edilmiş qətliam var. Popkov əsasən 16-40 yaşlı qadınlara hücum edib, cinayətlərin çoxunu İrkutsk vilayətinin şəhərlərində - Anqarsk, İrkutsk və Usolye-Sibirskdə törədib.
DNT testi Anqarsk manyakının saxlanılmasına kömək olub. Belə ki, Mixail Popkov 2012-ci ildə DNT testi sayəsində saxlanılıb. O, törətdiyi cinayət əməllərini etiraf edib.
İrkutsk məhkəməsi Popkovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə təqsirli bilib. İrkutsk məhkəməsi Anqarsk manyakı Popkovu daha on il müddətinə azadlıqdan məhrum edib. O, əvvəllki hökmlərlə birlikdə, cəzasını xüsusi rejimli koloniyada çəkməklə ömürlük həbs cəzasına məhkum edilib.
Cəmilə
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq




















.jpg)
















.jpg)


