Cinayət dünyası
Qandonduran valideyn amansızlığı: 8 yaşlı uşaq skeletə dönmüş halda tapıldı
ABŞ-nin İllinoys ştatındakı evində skeletə bənzər halda tapılan 8 yaşlı Navin Consun ölümü dünyanın hər yerində səs-küyə səbəb olmuşdu. Uşağın valideynləri birinci dərəcəli qətldə ittiham edilib. Evdən əldə edilən görüntülər və şahidlərin danışdıqları hekayələr qan dondurub.
Publika.az xəbər verir ki, balaca oğlanın 2022-ci il martın 29-da cansız cəsədi polislər tərəfindən aşkar edildikdə onun çəkisi təxminən 13 kilo olub, demək olar ki, skeletə çevrilib və bədəninin hər yerində qançırlar olub. Mütəxəssislər bildiriblər ki, 8 yaşlı uşaq aclıqdan infarkt keçirib. Ölümün səbəbi yetərsiz qidalanma və fiziki zorakılıq kimi göstərilib, hər iki valideyn qətldə ittiham olunub.
Navinin yatağı:

Uşağın 37 yaşlı anası Stefani Cons daha yüngül həbs cəzası almaq üçün birinci dərəcəli qətldə ittihamı qəbul edib. 41 yaşlı ata Brendon Uolker də bu həftə eyni ittihamla mühakimə olunacaq. Ana Consu ən azı 20 il həbs cəzası gözləyir, əleyhinə ifadə verməyə razı olduğu ərinin isə ömürlük həbs cəzası alacağı gözlənilir.

"Soyuducu dolu imiş"
Prokurorlar bildiriblər ki, ev yaxşı təchiz olunub, soyuducu da dolu imiş, lakin balaca oğlanın otağı acınacaqlı vəziyyətdə olub. 8 yaşlı Navinin otağında sadəcə çarpayı və bir oyuncaq var imiş.
Polisin kamera görüntülərində otağı bağlı saxlamaq üçün istifadə edilən kəndir və qapıya yapışdırılmış qeyd aydın görünüb:
"Navinə yemək və ya içki verməyin. Otaqdan çıxmasına icazə verməyin. Mən oyanana qədər onun ehtiyacı olan hər şey var".

Peoria Tibbi Ekspertiza Ofisindən Dr. Amanda Yumans məhkəməyə verdiyi ifadəsində balaca uşağın əzələlərinin boşaldığını, bədən yağının az qala yoxa çıxdığını vurğulayaraq, "Biləklərində onun bağlandığına dair işarələr var idi. Bədəni artıq sağalmayacaq göyərmələrlə örtülmüşdü. O qədər qidasız idi ki, bədəni yaralanmalara reaksiya belə verə bilməyib. Uzun müddət hərəkət edə bilmədiyini düşünürük" deyib.

Məhkəmə zamanı təqdim edilən digər sübutlar Navinin valideynlərinin onun yemək və vanna otağına girişini məhdudlaşdırdığını göstərib.
Evdə axtarış aparan detektiv Roberto Vaskes isə evdən qoxu gəldiyini, Navinin otağındakı çarşaf və çarpayısının sidik və nəcislə örtüldüyünü, uşağın üstünü örtmək üçün yorğanının olmadığını açıqlayıb.

ABŞ-nin “NewYorkPost” qəzetində yer alan xəbərə görə, Navinə doğulduğu gündən nənəsi Laura Uolker baxıb.
2021-ci ilin iyul ayında Floridaya getməli olan qadın uşağı valideynlərinin evinə qoyub. Qayıdanda ana və ata uşağı nənəyə qaytarmaq istəmədiklərini bildiriblər. Laura nəvəsini sonuncu dəfə xəstəxanada gördüyünü bildirib və göz yaşları içində "O, insana oxşamırdı. Toxundum. çiynində sümük çıxıntısından başqa heç nə yox idi. Üzünün hər tərəfində qançırlar var idi. Mən belə arıq insan görməmişdim.O, kiçik skeletə bənzəyirdi" ifadələrini işlədib.
Nəzrin Cavadzadə
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığa məhəl qoymadı
-
Ekologiya07:17Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
İdman06:46Həbib rəqiblərini belə sındırırmış: Qəfəsdə şeyx idim















.jpg)





















