Cinayət dünyası
Qadınlara nifrət edən məşhur qatili azadlığa buraxırlar - 22 ildən sonra
“Zelenoqrad Çikatilosu” kimi tanınan Yuri Qritsenko iyunun 14-də azadlığa çıxa bilər.
Publika.az xəbər verir ki, Bu barədə SHOT teleqram kanalı yazıb.
Qritsenko 22 ilini Mordoviyadakı 10 saylı islah koloniyasında keçirib. Telekanalın məlumatına görə, o, həbsxanada digər məhbuslara qarşı aqressiya nümayiş etdirib və hətta iğtişaş təşkil etməyə cəhd edib. Son doqquz ay ərzində o, xüsusi psixiatriya komissiyasının nəzarəti altındadır və bu komissiya onun azadlığa buraxılmasına qadağa qoya bilər.
6 noyabr 1962-ci ildə Zelenoqradda anadan olan Qritsenko uşaqlıqdan özünə şübhə və qadınlara nifrətdən əziyyət çəkib. Orduda xidmət etdikdən sonra hüquq-mühafizə orqanlarında işləyib, amma sərxoşluq etdiyi üçün işdən çıxarılıb.
1993-cü ildə o, ilk cinayətini törədərək adam öldürüb. Buna görə doqquz il həbs cəzasına məhkum edilib. Lakin 2000-ci ilin sonunda şərti olaraq azadlığa çıxıb.
2001-ci ildə Qritsenko yenidən qadınlara hücum etməyə başlayıb. Moskva və Moskva vilayətinin beş sakinini öldürüb, on nəfəri isə yaralayıb.
Cinayətkar şərti azadlıqdan sonra yenidən məsuliyyətə cəlb olunaraq həbs edilib.
Cəmilə
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq












.jpg)
























.jpg)


