Cinayət dünyası
Novakın Moskva sərgüzəştləri: Məhkəməyə gəlməyən alman investor harada gizlənib?
Alman investor Ralf Novak ona qarşı açılan cinayət işi üzrə hökmün elanına gəlməyib.
Publika.az xəbər verir ki, "BelkaCar" avtomobil paylaşma şirkətinin səhmlərinin oğurlanmasına görə aparılan ədalət proseduru Moskvanın Tuşinski Məhkəməsində baş tutub.
Axtarışa verilən Novakdan məlumat var. Məlum olub ki, məhkəmənin qərarı ilə ev dustaqlığında olan Novak veriləcək hökmü əvvəlcədən təxmin etdiyinə görə əsəbiləşib və hipertonik tutma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İndi alman iş adamı özəl klinikadadır, həkimlər onun vəziyyətini qiymətləndirməlidirlər.
İyunun 3-də Tuşino məhkəməsi Novakı 800 min rubl cərimə ilə ümumi rejimli koloniyada beş il müddətinə azadlıqdan məhrum etdi. İkinci müttəhim İlnur Azmuxanov 500 min rubl cərimə ilə 4 il həbs cəzası alıb.
"Der Spiegel" xəbər agentliyi isə yazır ki, Novak Almaniyanın Moskvadakı səfirliyinin ərazisində sığınacaq tapmağa çalışsa da, diplomatlarla danışıqlardan sonra könüllü olaraq diplomatik nümayəndəliyin ərazisini tərk edib.
Vəkili Konstantin Elfimovun dediyi kimi, alman biznesmen hökmdən sonra özünü pis hiss edib, təşviş içində olub və yenidən həbsxanaya düşməkdən qorxub.
Bundan başqa, Novakın hüquqi nöqteyi-nəzərdən yardım almaq şansı sıfıra bərabər olub. Çünki Vyana Konvensiyasına görə, diplomatik missiya onu Rusiya hakimiyyətinə təhvil verməli idi.
Novakla bağlı təhqiqat təxminən dörd il əvvəl başlayıb
İsveçrənin "Bryanston Resources" şirkətinin həmtəsisçisi Benedikt Sobotka istintaq orqanları ilə əlaqə saxladıqdan sonra Rusiya Daxili İşlər Nazirliyi 2021-ci ilin sentyabrında araşdırmaya başlayıb. O, tərəfdaşları Ralf Novak və Fabian Kreuçeri "BelkaCar" səhmlərinin 52 faizini qanunsuz olaraq özgəninkiləşdirməkdə ittiham edib.
Sobotkanın sözlərinə görə, sövdələşmə endirimli qiymətə edilib. Sonradan əməliyyatın uydurma olduğu üzə çıxıb. İstintaq müəyyən edib ki, qiymətli kağızlar üçün real ödəniş həyata keçirilməyib.
Novak və Azmuxanov 2022-ci ilin fevralında saxlanılıb. Onlar xüsusilə külli miqdarda dələduzluqda ittiham olunublar. Əvvəlcə məhkəmə onların hər ikisini həbs edib, lakin sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Adəm Abbaslı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...













.jpg)





















.jpg)
.jpg)

