Cinayət dünyası
Kriminal dəstənin ən qəddar üzvü: Ömürlük məhkum görün nə etdi
Ömürlük azadlıqdan məhrum edilən, daha çox “Vova Bespredel” ləqəbi ilə tanınan, “Tsapkov” dəstəsinin üzvü Vladimir Alekseyev Rostov-na-Donudakı 1 saylı istintaq təcridxanasında 800 min rubl (təxminıən 16 min AZN) dəyərində şponlar (odundan hazırlanmış material) quraşdırıb.
Publika.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Alekseyev dəfələrlə ömürlük məhbuslar üçün nəzərdə tutulmuş “zon”lardan təcridxanaya köçürülüb. Daha yüngül cəza almaq üçün apellyasiya şikayəti verib.
Bildirilir ki, son iki ildə Alekseyev iki dəfə, o cümlədən terrorçuların girov götürüldüyü gün Rostov istintaq təcridxanasında olub. Həmin şəxs başqa blokda saxlanılıb. Hazırda onun “Qara Delfin” koloniyasına köçürülməsi məsələsi həll edilir.
2013-cü ildə Alekseyev 18 nəfərin qətliamında təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Onu “Kuşçevskaya” mütəşəkkil cinayətkar qrupunun ən qəddar üzvü adlandırırlar. O, dəstənin başçısı Sergey Tsapokun şəxsi mühafizəçisi olub.
“Vova Bespredel” maraqlı şponlar hazırlamaqla özünü ömürlük həbs həyatına hazırlayır.
"Tsapkov dəstəsi" 1990-2000-ci illərdə Krasnodar diyarında quldurluq və reketçiliklə məşğul olub. 2010-cu ilin payızında dəstə üzvləri rəhbərin göstərişi ilə fermer Ametovun ailəsinə hücum edərək 12 nəfəri qətlə yetiriblər. Cinayət geniş miqyas alıb, bundan sonra mütəşəkkil cinayətkar qrup hüquq-mühafizə orqanları tərəfindən darmadağın edilib.
Adəm Abbaslı
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır

















.jpg)







.jpg)











