Cinayət dünyası
32 yaşından edamını gözləyən 88 yaşlı məhbusa BƏRAƏT VERİLDİ
Yaponiya Ali Məhkəməsi 56 il əvvəl edam cəzasına məhkum edilmiş 88 yaşlı kişiyə bəraət verib.
Publika.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
1968-ci ildə keçmiş peşəkar boksçu İvao Hakamada müdirini, həyat yoldaşını və iki uşağını qətlə yetirməkdə təqsirli bilinir. O, daha sonra cinayətini etiraf edib və ölüm cəzasına məhkum edilib. Hakamada 56 ilini orada keçirərək hər gün edamını gözləyib, hətta bunun üçün "Ginnesin Rekordlar Kitabı"na da düşüb.
2014-cü ildə Hakamada sərbəst buraxılıb. Şizuoka şəhərinin məhkəməsi sübut edib ki, onun DNT-si hadisə yerindən toplanmış cinayətkarın nümunələri ilə uyğun gəlmir. Lakin sonradan Tokio məhkəməsi bu qərarı ləğv edib. O vaxtdan Hakamada psixi və fiziki vəziyyəti pisləşdiyi üçün bacısının himayəsində yaşayır. Bütün bu illər ərzində o, kişiyə bəraət qazandırmaq istəyir.
2023-cü ildə iş Yaponiya Ali Məhkəməsinə verilib. Bir il sonra o, Hakamadanın günahını sübut edən dəlillərin uydurma olduğuna qərar verib. Məlum olub ki, o, etirafı polisin təzyiqi altında edib. İclas zamanı əllərində plakatlarla məhkəmənin ətrafına toplaşan insanlar qocaya bəraət verilməsini tələb ediblər. Məhkəmə onun təqsirsiz olduğuna qərar verib.
Qeyd olunur ki, prokurorların hələ də hökmdən apellyasiya şikayəti vermək imkanları var. Hakamadanın vəkilləri onun yaşına görə bunu etməməyə çağırır.
Adəm Abbaslı
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman14 Oktyabr 16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
















.webp)






















