Cinayət dünyası
“Anqarsk manyakı”ndan müsahibə alan jurnalistin təəssüratı: Danışmağı sevir, amma...
“Anqarsk manyakı” Mixail Popkovdan müsahibə alan tanınmış jurnalist Saşa Sulim onunla ünsiyyətdən sonra təəssüratlarını açıqlayıb.
Publika.az xəbər verir ki, o, təfərrüatları “YouTube”da Svetlana Bondarçuk ilə müsahibəsində paylaşıb.
“Darıxdırıcıdır. Danışmağı sevir, amma sual verirsən, o da cavab vermək üçün “bostanda” gəzməyə başlayır”, - deyə jurnalist Popkov haqda danışıb.
Sulim uzun müddət onun suallarına cavab verə bilmədiyi üçün cinayətkarla söhbəti yorucu adlandırıb.
Jurnalist qeyd edib ki, Popkovla söhbətin tam videosunu dərc edəndə çoxları bunun maraqsız olduğunu yazıb.
Aprel ayında Popkov bildirib ki, yeni qətlləri etiraf etməyə hazırdır. O, Primorsk diyarında qətlə yetirdiyi daha üç qurban haqqında məlumat verib.
Manyak 1996-cı ildən İrkutsk və Anqarskda cinayətlər törədib. O, 25-31 yaş arası qadınları hədəf seçib. 2015-ci ildə Popkovun cinayətlərinin üstü açılıb. Hazırda cinayətkar 80 qətl törətdiyini etiraf edib. O, iki dəfə ömürlük həbs cəzasına məhkum edilib.
Tural
-
Region09:06Pezeşkian İrəvandadır
-
Səhiyyə09:00Səhər başağrısı ilə oyanırsınız? - Həkim gizli səbəbləri açıqladı
-
Avto08:48Tesla uçan avtomobilini təqdim etdi
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO






































