Cinayət dünyası
Gördü ki, arvadı qohumu ilə əl-ələ tutaraq gedir: Bakıda törədilən cinayətin təfərrüatları
Bakıda kişinin arvadını bıçaqladığı hadisənin təfərrüatları məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. 1983-cü il təvəllüdlü Namiq Eyyubov (soyadlar şərtidir) qısqanclıq zəminində həyat yoldaşı Olesya Eyyubovanı 3 dəfə bıçaqlayaraq ağır xəsarətlər yetirib.
Araşdırmalar zamanı məlum olub ki, Namiqlə Olesyanın nikahından 2014 və 2017-ci il təvəllüdlü iki övadları var və qadın paytaxtdakı uşaq bağçalarından birində müəllim kimi çalışır. Namiq Eyyubov bu ilin yanvar ayında paytaxt ərazisində metro stansiyalarından birinin yaxınlığında arvadı ilə bacısının əri Vadimi səmimi şəkildə, əl-ələ tutaraq getdiklərini görüb. O, evdə arvadına onu yaxın qohumu ilə birgə gördüyünü deyib və qısqanclıq zəminində bıçaqlayıb.
Olesya ifadəsində həmin gün həkimə getdiyini və baldızının ərinin onun əlini xəstə olduğu üçün tutduğunu deyib.
Vadim isə parkın ətrafının sulandığını və qaynının arvadının sürüşməməsi üçün onun əlindən tutduğunu bildirib.
Bundan başqa Olesya ilə baldızının əri arasında yazışmaların olması da üzə çıxıb.
Bıçaqlanma hadisəsindən sonra Namiq və Olesya boşanmaq üçün məhkəməyə müraciət edib.
Həmçinin Olesya onu bıçaqlayan ərini bağışlamasa da, həbs edilməsinin istəmədiyini bildirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 01.11.2024-cü il tarixli hökmü ilə Namiq 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Lakin onun cəzası şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman14 Oktyabr 16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
















.webp)






















