Cinayət dünyası
Kürəkən qayınatasını döydü: Boğazını kəsməyə cəhd etdi - FOTOLAR
Türkiyənin Antalya şəhərində kürəkən ailə münaqişəsi zəminində qayınatasını ağır yaralayıb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə avqustun 10-da Serik rayonunda baş verib.
İddiaya görə, 6 ay əvvəl evlənən R.S.A. adlı qadın əri H.A. ilə mübahisədən sonra ata evinə qayıdıb. Ertəsi gün isə H.A. qayınatasının evinə gələrək onunla əlbəyaxa davaya çıxıb. Qayınata Həsən Əli Karakorkmaz başından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Karakorkmazın sözlərinə görə, kürəkəni əvvəlcə başını pəncərəyə vuraraq şüşəni sındırıb, daha sonra sınmış şüşə parçası ilə boğazını kəsməyə cəhd edib. Xəstəxanada onun başına 13 tikiş atılıb. Zərərçəkən kürəkəninin uzun müddətdir qızına psixoloji təzyiq göstərdiyini iddia edib.
Hadisədən sonra saxlanılan H.A. ifadəsi alındıqdan sonra prokurorluğun qərarı ilə sərbəst buraxılıb.
Roza
-
Səhiyyə08:00İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
-
Magazin207:47Böyrək çatışmazlığından əziyyət çəkən məşhur aktrisa öldü
-
ABŞ07:30Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalından danışdı
-
İdman06:46Ronaldonun taleyi necə olacaq? - Bacısından diqqətçəkən açıqlama
-
Magazin206:16Kendall Cenner məşhur brendin reklamı üçün soyundu - FOTO/VİDEO
-
Dünya05:15“El-Ninyo” dəhşətli fəlakətlərə səbəb olacaq
-
İqtisadi gündəm04:44Azərbaycan dövlət borcunun ödənilməsinə bu qədər pul xərcləyəcək
-
Dünya01:11Keçmiş partiya lideri 15 il müddətinə həbs edildi


































