Cinayət dünyası
Ərini öldürüb 9 ay hamamda gizlətdi - FOTO
Türkiyədə 18 il əvvəl ərini güllələyərək öldürən, tutulduqdan sonra isə həbsxanadan qaçan qadın yaxalanıb.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Konya şəhərində baş verib.
Bildirilib ki, şübhəlini saxlayan polis əməkdaşları onun şəxsiyyət vəsiqəsinin saxta olduğunu müəyyənləşdirib. Barmaq izlərinin yoxlanmasından sonra saxlanılan şəxsin Fatma Sunqur olduğu məlum olub.
Araşdırmalar nəticəsində üzə çıxıb ki, Sunqur 2007-ci ilin iyununda evində həyat yoldaşı Özgür Sunquru tapança ilə qətlə yetirib. Daha sonra isə cəsədi 9 ay vanna otağında gizlədib.
Məlumata görə, həmin vaxt həbs olunan Sunqur bir müddət əvvəl həbsxanadan qaçıb. Onun barəsində axtarış elan olunub. Qadının ümumilikdə 18 il 8 ay 15 gün həbs cəzası olduğu bildirilir.
Hazırda nəzarətə alınan Fatma Sunqur polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndəriləcək.
Roza
-
Region03:4440-dan çox təyyarə başqa hava limanlarına yönləndirildi - İstanbulda nə baş verir?
-
Qoroskop00:45Günün ulduz falı: Bunu etsəniz, işləriniz rahatlıqla yoluna düşəcək
-
Kriminal14 Oktyabr 23:05Bakıda məktəbə hücum: Mühafizəçini xəstəxanalıq etdilər
-
Magazin214 Oktyabr 21:26Sel kabusu: Murat Boz 250 nəfərlə birlikdə kömək gözləyir - Video
-
Magazin114 Oktyabr 20:48Azərbaycanlı müğənni saxlanıldı
-
Sosial14 Oktyabr 19:00Polkovnik-leytenantın faciəvi ölümü: restoranda yıxıldı, bir ay komada qaldı və... - Yeniləndi
-
Nida Xəbər 14 Oktyabr 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman14 Oktyabr 16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
















.webp)






















