Cinayət dünyası
Dünya bu dəhşətli cinayətdən danışır: 17 yaşlı qızı... - VİDEO
Taylandda dəhşətli cinayət hadisəsi baş verib.
Publika.az "The Guardian"a istinadən xəbər verir ki, 46 yaşlı Avstraliya vətəndaşının çamadanından 17 yaşlı qızın meyiti tapılıb. O, yeniyetməni qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
"Kişi 26 iyun, axşam saatlarında Banqkokdakı Suvarnabhumi hava limanında Pertə uçmağa hazırlaşarkən saxlanılıb. Onun uçuşundan bir neçə saat əvvəl isə Pattayadakı dəmir yolu relslərinin yaxınlığında içində cəsəd olan çamadan tapılıb. Cəsədin üzərində zorakılıq əlamətləri olub. Müstəntiqlərin sözlərinə görə, cümə axşamı səhər tezdən avstraliyalı taylandlı qızla birlikdə bir mənzilə gedib və bir neçə saat sonra böyük bir çamadanla binadan çıxıb. Kişi çemodanı motosikletə yükləyib və oradan uzaqlaşıb. Polis hələlik xarici vətəndaşa qarşı yekun ittiham irəli sürməyib, lakin onu həbs edib. Avstraliya hakimiyyəti saxlanılan şəxsə konsulluq yardımı göstərdiklərini təsdiqləyib",- məqalədə yazılıb.
Avstraliyalının bu amansız cinayəti dünya mediasında geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
















.jpg)







.jpg)











