Cinayət dünyası
Dəhşətli cinayət - Valideynlərini yandırdı
Rusiyada dəhşətli cinayət hadisəsi baş verib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Buryatiya üzrə regional idarəsi məlumat yayıb. Qeyd edilib ki, Buryatiyadan olan gənc oğlan valideynlərini yandırdığı üçün məhkəmə qarşısına çıxacaq.
Hadisə şübhəlinin valideynləri ilə birlikdə yaşadığı evdə, Kijinqa kəndində baş verib. Müstəntiqlərin sözlərinə görə, ruhi xəstə olan 25 yaşlı oğlan ev əşyalarına söndürülməmiş siqaret ataraq yanğına səbəb olub.
Həmin vaxt oğlanın valideynləri sərxoş halda yatdıqları üçün alov və tüstüyə reaksiya verə, vaxtında evdən qaça bilməyiblər:
"Gənc cinayət işi üzrə təqsirləndirilən şəxs qismində prosesə cəlb edilib və bu işdə məhkəmə-psixiatrik ekspertizası da daxil olmaqla bütün zəruri müayinələr aparılıb".
Məlumatda o da qeyd edilib ki, həkimlər kişinin cinayət törədilən zaman anlaqlı vəziyətdə olmaması və ruhi xəstəlikdən əziyyət çəkməsi qənaətinə gəliblər.
İstintaq başa çatıb və materiallar baxılması üçün məhkəməyə təqdim edilib. Məhkəmə təqsirləndirilən şəxsin ixtisaslaşmış psixiatrik xəstəxanaya məcburi müalicəyə göndərilməsini istəyir.
Müəllif: Tural
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
















.jpg)







.jpg)











