Cinayət dünyası
Bu ölkə məhbuslarını cəza çəkmək üçün Estoniyaya göndərəcək
Avqust ayında İsveç ilk dəfə olaraq məhbusları cəzalarını çəkmək üçün Estoniyaya göndərəcək. Bu qərar İsveçdə həbsxana yerinin çatışmazlığı səbəbindən qəbul edilib.
Publika.az xəbər verir ki, əvvəlcə 30 məhbus Tartudakı həbsxanaya köçürüləcək. 2027-ci ilin yayına qədər bu rəqəmin 600-ə çatdırılması planlaşdırılır. Terrorizm, xəyanət, casusluq ittihamları ilə məhkum edilmiş və ya mütəşəkkil cinayətkarlıq, radikal qruplarla əlaqəli şəxslər kimi ciddi təhlükəsizlik təhdidi yaradan məhbuslar Estoniyaya köçürülməyəcək.
Hakimiyyət orqanları namizədlərin seçilməsi prosesində onların İsveçlə ailə və digər əlaqələrini nəzərə alacaq. Məhbuslar köçürülmə ilə bağlı fikirlərini bildirə biləcəklər, lakin onların razılığı tələb olunmur. İsveç Həbsxana Xidmətinin nümayəndələrinin sözlərinə görə, başqa ölkəyə köçürülmələrinə baxmayaraq, məhbuslar ailələri ilə telefon və video zənglər vasitəsilə əlaqə saxlaya biləcəklər. Agentlik vurğulayır ki, ailə əlaqələrinin qorunması insanın azadlığa buraxıldıqdan sonra normal həyata uğurla qayıtması üçün vacibdir.(Azərtac)
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?




































.jpg)
