Universitetdə seks skandalı: Professor gənc həkimi dəfələrlə...
Bizi izləyin

Kriminal

Universitetdə seks skandalı: Professor gənc həkimi dəfələrlə...

Türkiyənin Ankara Universiteti seks skandalı ilə gündəm olub.

Publika.az xəbər verir ki, universitetin professoru H.B. ortağı olduğu heyvan xəstəxanasında işləyən Ç.B. adlı baytar qadına təcavüz edib.

Hadisə gecə saatlarında baş verib. Professor axşam növbəsində qalan Ç.B.-yə birlikdə yemək yeməyi təklif edib. Yemək əsnasında spirtlki içki qəbul edib və özünü itirib. Bundan sonra qadına da içki təklif edib. Qadının təklisi qəbul etməməsi professoru hiddətləndirib. O, zorla qadının ağzını açaraq içki şüşəsini onun boğazına boşaldıb. Daha sonra saçlarından yapışaraq zorla öpməyə çalışıb. Qadını yer yıxıb və başını bir neçə də döşəməyə çırpıb. Qadın huşunu itirdikdən sonra H.B. ona təcavüz edib.

Təcavüzə məruz qalan qadının halı sonradan pisləşib. Professor onu xəstəxanaya aparmaq istəyib, lakin qadın buna etiraz edib. H.B. isə əlində şantaj fotolarının olduğunu deyib. Bildirib ki, əgər xəstəxanaya getməsə, fotoları onun ailəsinə yollayacaq və onu öldürəcək.

Ç.B. hadisə ilə bağlı polisə şikayət edib. Bundan sonra professor məhkəmə qarşısına çıxarılıb və haqqında həbs qərarı qəbul edilib.

Ankara Universiteti isə məsələ ilə bağlı yazılı açıqlamasında professorun işdən qovulduğunu bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm