Kriminal
42 yaşlı kişi dostu ilə birgə arvadının rəfiqəsini lüt soyundurdu, sonra... - Azərbaycanda TÜKÜRPƏDƏN OLAY
Azərbaycanda zorlama, hədə-qoru yolu ilə pul tələb etmə və digər cinayətlərdə ittiham olunan Xaçmaz rayon sakini, 1977-ci il təvəllüdlü Cabbar Mikayılovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Cabbar Mikayılovun 2008-ci ildən qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu Rəfiqə İsmayılova 28 mart 2015-ci il tarixdən onunla münasibətlərinə son qoymaq üçün Quba şəhərində kirayədə yaşadıqları evdən çıxıb. Rəfiqə İsmayılova tanışı Afət Məmmədovanın Şabran rayonu, Pirəmsən kəndi ərazisində yerləşən evində yaşayıb.
Sevgilisinin evindən qaçdı, tanışının evinə sığındı
Bundan sonra Cabbar Mikayılov Quba rayon polis şöbəsinə Rəfiqə İsmayılovanın itkin düşməsi barədə 4 aprel 2015-ci il tarixdə ərizə verib.
Həmin ilin aprelin 19-dan iyunun 3-dək Rəfiqənin evə gedib, onun yanına qayıtmasına səy göstərməsinə baxmayaraq, sonuncu hər dəfə onunla getmək isiəmədiyini bildirib.
Evinin ətrafını güddü
Bundan sonra Rəfiqə Cabbar İsmayılovun ondan əl çəkmədiyini görüb və onu təqib etdiyinə görə Şabran rayon polis şöbəsinə şikayət edib. Afət Məmmədova isə Rəfiqəni öz evində saxlayaraq onu müdafıə etməyə çalışıb.
Rəfiqənin onunla münasibət saxlamaqdan imtina etməsinə baxmayaraq Cabbar Mikayılov dəfələrlə Afət Məmmədova və Rəfiqənin yaşadıqları evin yaxınlığına gedib.
Əlbir olan cinayətkarlar
Orada onları güdüb və Afət Məmmədovanın hər gün səhərlər Xaçmaz rayonu, Sərkərli kəndində işlədiyi çayxanaya getdiyini müəyyən edib.
Cabbar Mikayılov şəxsiyyətini istintaqla müəyyən etmək mümkün olmayan şəxslə özünün əvvəldən ədavətli olduğu Afət Məmmədovaya zorakılıq göstərib, quldurluq yolu ilə pul almaq, hədə-qorxu ilə pul tələb etmək, zorlamaq və ona qarşı seksual xarakterti zorakılıq hərəkətləri etmək barədə qabaqcadan əlbir olub.
Ağacların arxasında pusqu qurdular
Cabbar Mikayılov və həmin şəxs iyulun 22-də, saat 09 radələrində idarə etdiyi “Vaz-21213” markalı avtomaşınla Xaçmaz-Quba avtomobil yolundan Xaçmaz rayonu, Yergüc kəndi ərazisində, Sərkərli kəndi istiqamətində ayrılan avtomobil yolunun bağların arasından keçən hissəsinə gəliblər. Orada Cabbar Mikayılov əlbir olduğu şəxslə birlikdə ağacların arxasında gizlənib, gözləməyə başlayıblar.
Afət Məmmədova saat 10 radələrində Sərkərli kəndi istiqamətinə gedən həmin yolla tək piyada işlədiyi çayxanaya tərəf gedərkən Cabbar Mikayılov və onunla olan şəxs qarşısını kəsiblər.
Qadını ağaclığa çəkdi və pul tələb etdi
Bu zaman Cabbar Mikayılov Afət Məmmədovanın saçından tutub, həmçinin özündə olan bıçağın dəstəyi ilə sinəsinə, təpiklə isə ayağına zərbələr endirib. Ona xəsarət yetirib.
Afət Məmmədova ona müqavimət göstərib. Qadının müqavimət göstərdiyini görən Cabbar Mikayılov onu öldürməklə hədələyib, müqavimət göstərməməsini bildirib.
Daha sonra Cabbar Mikayılov Afət Məmmədovanı yolun kənarındakı bağın ərazisinə aparıb, orada Rəfiqə İsmayılovanın yerini soruşub.
O, Rəfiqə İsmayılovanın anasına verdiyi pulların ödənilməsini Afət Məmmədovadan tələb edib. Afət pul ödəməkdən imtina edib və Rəfiqənin olduğu yeri bilmədiyini deyib.
Qadını lüt soyundurub, xəsarət yetirdi
Bundan sonra Cabbar Mikayılov Afət Məmmədovanı soyundurub, onun şəklini çəkib, internetə verməklə biabır edəcəyini bildirib. Sonra isə qisas almaq, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini alçaltmaq məqsədi ilə əvvəlcə ağac parçası ilə Afət Məmməddovanın boynunun ardından, bıçağın dəstəyi ilə isə çiyinlərinə zərbələr endirib.
Daha sonra Afət Məmmədovanı yerə yıxaraq tapşırığı ilə yanındakı əlbir olduğu şəxsin gətirdiyi kəmərə oxşar kauçuk əşya ilə əllərini arxadan ağaca bağlayıb, əynindəki paltarını zorla soyundurub.
Sonra Cabbar Mikayılov lüt soyundurduğu Afət Məmmədovanın sol çiyin nahiyəsinə yanan siqareti dəfələrlə basıb, sol çiyin qurşağında 3 ədəd qrup şəklində bir-birinə yaxın xəsarətlər yetirməklə ona işgəncə verib.
Əvvəl işgəncə verdi, sonra cinsi əlaqədə oldu
Daha sonra Cabbar Mikayılov Afət Məmmədovaya zor tətbiq etməklə, onunla cinsi əlaqədə olub. Cinsi əlaqədə olandan sonra o, Afət Məmmədovaya qarşı seksual zorakılıq hərəkətləri edib.
Həmin hərəkətlərini başa çatdırdıqdan sonra isə yerdə köməksiz vəziyyətdə qalan Afət Məmmədovanın çantasındakı 7 manat pulunu götürüb və şəxsiyyəti üzərində zor göstərəcəyi, haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyib.
Zorladı və hədələdi
Bu hədələrlə Cabbar Mikayılov guya Rəfiqə İsmayılovanın anasına verdiyi və sonuncunun kirayə tutulmuş evdən çıxarkən götürdüyü pulları üç gün ərzində gətirməsini tələb edib.
Afət Məmmədova baş verənlərdən və ona qarşı daha pis hərəkətlər törədə biləcəyindən qorxaraq deyilən müddətdə ona pul verəcəyinə söz verib, Sonra isə Cabbar Mikayılov yanındakı naməlum şəxslə hadisə yerindən uzaqlaşıb.
Afət Məmmədova baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Məlumat əsasında Cabbar Mikayılov həbs edilsə də, onun yanında cinayətin iştirakçısı olan şəxsin kimliyi müəyyən olunmayıb.
Həbs və 8 maddəli cinayət işi
İstintaq orqanı tərəfindən Cabbar Mikayılovun barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri etmək), 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri etmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
12 il cəza aldı, şikayət etdi, cəzasından 1 il çıxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cabbar Mikayılov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Cabbar Mikayılov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Bir müddət əvvəl Sumqayıt Apelyasiya Məhkəməsində bu şikayətə baxılıb və qismən təmin edilib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Qərara əsasən, Cabbar Mikayılovun əməlindən Cinayət Məcəlləsinin 149.2.1 və 149.2.4-cü maddələri xaric edilib. O, Cinayət Məcəlləsinin 150.2.1, 150.2.4, 181.2.1, 181.2.3, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib və onun barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Prokuror şikayət etdi, cəza ağırlaşdırıldı
Bu qərardan narazı qalan prokuror kasasiya şikayəti verib. O, kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən ağırlaşdırıcı halların müəyyən olunması üçün apelyasiya instansiyasına qaytarılmasını istəyib.
Prokurorun protestinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb. Kasasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin olunub.
Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Sumqayıt Apelyasiya Məhkəməsində şikayət bu dəfə hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar açıqlayıb.
Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
İlkin
-
Sosial10:18
Prezident təsdiqlədi: Sosial yardım nə qədər artacaq?
-
Yaxın Şərq10:00
Suriyadan Xameneyiyə cavab: Əsədi devirənlər İranı məhkəməyə verir
-
Kriminal09:12
Elşən Hüseynova 18 il həbs cəzası verildi - FOTO
-
Cənubi Qafqaz08:12
Nikol Paşinyanda virus aşkarlandı
-
Dünya08:00
Müəllimdən ALÇAQ HƏRƏKƏT: 13 yaşlı məktəbli qızların...
-
İdman07:30
Qarlı havada buzlu suya da girdi - VİDEO
-
Magazin205:15
Nə dekolte geyindi, nə də mini: tək kürkü ilə gündəm oldu - FOTO
-
Avropa04:44
Ukrayna Şimali Koreya əsgərlərini PUA-larla BELƏ OVLADI - VİDEO