Kriminal
Xırdalanda silahlı şəxs saxlanıldı - FOTO
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əməliyyat zamanı Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Samiq Rəhimov tutulub. Onun Abşeron rayonunda yaşadığı evdə axtarış aparılan zaman 1 ədəd “Naqan” konstruksiyalı “Marqolin” markalı tapança və həmin silaha məxsus 2 ədəd patron aşkar olunaraq götürülüb.
Qeyd edilən xüsusatlarla bağlı Samiq Rəhimov barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb və o, tutularaq istintaqa cəlb olunub. Samiq Rəhimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"


















.jpg)



















