Kriminal
Bakıda “Pişik” ləqəbli narkotacirin qanını tökdülər – TƏFƏRRÜAT
Ötən ilin noyabr ayının 5-də Bakı şəhəri Nəsimi rayonu ərazisində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon sakini olan 2002-ci il təvəllüdlü Nicat M. barəsində Cinayət Məcəlləsinin 126.2.4 –cü (qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə açılmış iş üzrə keçirilən prosesdə maraqlı məqamlar üzə çıxıb.
Bəlli olub ki, hadisəni törədən və zərrəçəkən şəxslər kriminal aləmə meylli şəxslərdir. Belə ki, öytən ilin sentyabrınadək ailəsi ilə İstanbulda yaşayan Nicat daha sonra Bakıya qayıtdıqdan sonra müxtəlif yerlərdə kirayə yaşayıb. Kriminal aləmə meylli olan 18 yaşlı oğlan narkotik alverçisi kimi tanıdığı və Kubinkada “Pişik” adı ilə tanınan Ceyhun V.dan haqq almaq fikrinə düşüb. O, Ceyhunun yaşadığı evin qarşısına gələrək özünü “Cəlilabadlı Paşa” adıyla təqdim edib və “Avara Teymur” tərəfindən göndərildiyini deyib. Teymuru tanımadığını deyən Ceyhun özünün haqq verdiyini bildirib. Bundan sonra qarşı tərəfə narkotik satmasını irad bildirən Nicat üzərində gəzdirdiyi bıçaqla ona 2 zərbə endirərək qaçıb.
Bir neçə gün ərzində Kürdəxanı qəsəbəsində gizlənən 18 yaşlı şəxs daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
-
Maraq dünyası14:50Özünü Trampın qızı adlandıran türk ABŞ prezidentinə dolma hazırlayacaq
-
Nəqliyyat14:40Bakı–Naxçıvan reysləri ləğv edildi
-
MDB13:38Onun ölümü Putini sarsıtdı: "Rusiyaya sadiq insan idi!"
-
MDB13:26Benzindən sonra elektrik enerjisi böhranı yarandı - Krımda nə baş verir?
-
Ekologiya12:46Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin212:06Ermənistanın məşhur xalq artisti xərçəngin qurbanı oldu
-
Hadisə11:47Azərbaycanın tanınmış pedaqoqu vəfat etdi - FOTO
-
Ekologiya10:50Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA

























.jpg)

.jpg)








